Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ermənistan XİN: Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq
Ana Sayfa > Karusel / Siyasət > Ermənistan XİN: Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq

Ermənistan XİN: Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq


14-09-2025, 15:19. Yazar: Admin

Ermənistan XİN: Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq

Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkün qədər qısa müddətdə imzalanması mövcud sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “Armenpress” agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hələ 13 martda saziş mətninin razılaşdırıldığı elan edilərkən, Ermənistan tərəfi sənədin tezliklə imzalanmasına hazır olduğunu bəyan edib. Bu mövqe 8 avqustda sazişin paraflanması ilə də təsdiqlənib və beynəlxalq ictimaiyyət tərəfindən geniş dəstək qazanıb.

Ani Badalyan vurğulayıb ki, Ermənistanın prinspial mövqeyi dəyişməyib: “Sazişin qısa zamanda imzalanması mövcud sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq”.


Geri dön