Tarix: 07-12-2021 | Saat: 11:50
Bölmə:Karusel / İdman | çapa göndər
Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı Budo döyüş növləri üzrə Tunisdə keçirilmiş yarışda qalib gələrək dünya çempionu adına layiq görülüb.
Bu barədə “Azəriqaz”a İB-dən verilən məlumatda bildirilib.
Rəsmi məlumata görə, baş direktor Ruslan Əliyev 12 ildir ki, qurumda çalışan Ruslan Tağıyevlə görüşüb.
Görüşdə R.Əliyev üç rəngli bayrağımızı zirvələrə ucaltdığı üçün R.Tağıyevə təşəkkür edib, onun əldə etdiyi uğurları yüksək qiymətləndirib. R.Tağıyev Budo döyüş növləri üzrə həm də dünya kubokunun sahibidir.
“Azəriqaz”ın baş direktoru Azərbaycanda idmanın inkişafına, gənclərə və idmançılara, eləcə də dünya çempionu R.Tağıyevə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan BUDO Döyüş Növləri Federasiyasının fəxri diplomu ilə təltif edilib.
Digər xəbərlər