Saytımızı qiymətləndirin


 
 

Azərbaycana pul köçürmələrinin ən çox azaldığı ölkələr– SİYAHI
Tarix: 20-12-2025 | Saat: 11:56
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

2025-ci ilin göstəricilərinə əsasən, Azərbaycandan xarici ölkələrə köçürülən vəsaitlərin həcmində azalma dinamikası müşahidə olunan ölkələr də məlum olub.

Qarabaginfo.az FED.az-a istinadən xəbər verir ki, hesabat dövründə bir sıra ölkələrə pul axınında ciddi geriləmə qeydə alınıb.

Siyahının bu hissəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı 16,7% və ya 5 milyon 127 min manat azalma ilə yer alıb.

Birləşmiş Ərəb Əmirliklərinə köçürmələr 21,9% və ya 6 milyon 526 min manat azalıb.

Səudiyyə Ərəbistanı 25,0% və ya 4 milyon 994 min manat geriləmə ilə növbəti sırada qərarlaşıb. Özbəkistanda isə azalma 25,4% və ya 2 milyon 800 min manat olub.

Digər ölkələr üzrə göstəricilər aşağıdakı kimidir:

Polşaya köçürmələrdə 27,9% və ya 1 milyon 13 min manat, Qətərə köçürmələrdə isə 28,9% və ya 3 milyon 513 min manat azalma qeydə alınıb.

Qırğızıstan 33,2% və ya 1 milyon 162 min manat azalma ilə siyahıda yer alıb. Çexiyada bu rəqəm 34,5% və ya 974 min manat olub.

Siyahının son pillələrini Amerika Birləşmiş Ştatları (35,3% və ya 26 milyon 153 min manat) və ən kəskin azalma ilə Fransa (64,1% və ya 12 milyon 192 min manat) tamamlayır.



Xəbəri paylaş

49 dəfə oxunub.

Digər xəbərlər