Saytımızı qiymətləndirin


 
 

"Azad olunmuş tarixi Azərbaycan torpaqlarının hər bir qarışında Şəhid və qazilərimiz canı, qanı və ayaq izləri yatır"
Tarix: 09-06-2021 | Saat: 17:41
Bölmə:Karusel / Sosial / Region | çapa göndər

44 günlük “Vətən Müharibəsi”-də qələbə sevincini bizə bəxş edən Rəşadətli Azərbaycan ordusunun müzəffər qəhrəmanı...

27 sentyabr 2020-ci il tarixdə düşmən faşist erməni silahlı birləşmələrinin yeni hərbi təxribatının qarşısının alınması məqsədi ilə Müzəffər Ali Baş Komandan,Prezident cənab İlham Əliyevin  müvafiq göstərişi ilə  rəşadətli Azərbaycan ordusunun həyata keçirdiyi “əks-həmlə” əməliyyatı ilə 44 günlük Vətən müharibəsi başlanılmışdır. Tarixə qəhrəmanlıq səlnaməsi kimi həkk olunacaq 44 günlük zəfər yürüşündə xalqmızın hər bir mübariz igidi yeni bir tarix yazmış,nəticəsində 30 illik doğma vətən,torpaq,yurd üzərindəki həsrət sona çatmış və Azərbaycanının bütövlüyü, suverenliyi bərpa edilmişdir. Azərbaycan xalqının hər bir nümayəndəsi dövlət başçısının arxasında “Dəmir yumruq” kimi bir olmuş,hər bir cəbhədə aparılan uğurlu və qətiyyətli addım bizi düşmən üzərində yeni qələbələr şövq etmiş, dövlətimiz tərəfindən aparılan  düşünülmüş siyasət öz məntiqi yekununa çatmış və düşmən tapdağı altında olan vətən torpaqlarına ilk ayaq basan Rəşadətli ordumuzun qəhrəmanlarının canı və qanı hesabına qazanılan qələbə ilə tarixi ədalət bərpa edilmişdir. Azad olunmuş tarixi Azərbaycan torpaqlarının hər bir qarışında Şəhid və qazilərimiz canı, qanı və ayaq izləri yatır. Göstərdiyi igidlik, qəhrəmanlıq və şücaət ilə dastanlara dönüşmüş  yüz minlərlə vətən övladının adının əbədiləşdirilməsi,  dünya və yerli ictimaiyyət nümayəndələri arasında onlar haqqında məlumatların dərc edilərək tanıdılması məhz bu gün bizlərin üzərinə düşür. Bu məqalədə  haqqında məlumat verəcəyim şəxsin ilk öncə qısa biografiyası ilə sizi tanış etdikdən sonra, bu şanlı zəfərdə tarix yazan  qazimizin Vətən müharibəsində keçdiyi qəhrəmanlıq yolu barədə  dəyərli məlumatları sizinlə bölüşəcəm. İndi isə xalqa zəfər müjdəsini verən rəşadətli Azərbaycan ordusunun mübarizigidlərindən olan Zaqatala rayon sakini Əliyev Tural Nüsrəddin oğlunun biografiyası ilə tanış olaq.

Əliyev Tural Nüsrəddin oğlu 06.04.1991 ci il tarixdə Zaqatala rayonun Mosul kəndində anadan olub. 1997-2008 ci il tarixdə Zaqatala rayon Mosul kənd  Aydın Babayev adina  tam orta məktəbdə 11 illik  tam orta təhsilə yiyələnmişdir. 2008 ci ildə orta məktəbi bitirdikdən sonra ali təhsil almaq ücün Tələbə Qəbulu üzrə Dövlət Kommisiyası tərəfindən 3 -cü grup üzrə təşkil olunan qəbul imtahınında müsbət nəticə əldə edərək  Bakı İslam Universitetinin İlahiyyat fakültəsinə qəbul olunmuşdur. 2008-2013 ci illərdə həmin universitetdə 5 illik ali təhsiləyiyələnmişdir. 2013 ci ildə ali təhsili müvəffəqiyyət ilə bitirdikdən sonra ordu sıralarına qatılmışdır. Həqiqi hərbi xidmətini Müdafiə Nazirliyinin Gəncə və Qazax rayonlarında yerləşən N sayli hərbi hissələrindəyerinə yetirmişdir. Hərbi xidmətini bitirdikdən sonra 2014 - 2018 ci illərdə “Türk Dilli Dövlətlərlə Dostluq ve Mədəni Əlaqələr Cəmiyyətində”ilk əmək fəaliyyətinə başlamışdır. 2018 ci ildə ailə həyatı qurub və bir oğlan övladı var. 2018-ci ildən indiki dövrədək Zaqatala rayonunun Mosul kənd məscidində yerləşən “Qurani-Kərim” kursunda müəllim kimi fəaliyyət göstərir.

 

Vətən müharibəsi qazimiz Əliyev Tural Nüsrəddin oğlu istər ali təhsil aldığı müddət ərzində, istər hərbi xidmət keçdiyi dövrdə, istərsə də əmək fəaliyyəti dövründə özünün  nizam-intizami, savadı, etikası ilə rəhbər şəxslərin və dostlarının daim etibarını qazanmışdır.Ona haqq mübarizəsində13 gün iştirak etmək nəsib olmasına baxmayaraq böyük şücaət və igidlik nümayiş etdirmişdir. Qazimiz Əliyev Tural Nüsrəddin oğlu zəfər yürüşü ilə bağlı xatirələrini  belə qeyd edir: “ İlk öncə bildirim ki, 2020 ci ilin Sentyabr ayının 21-i Zaqatala rayon Hərbi Komissarlığı tərəfindən ordu təlimləri ilə bağlı cağırıldım və sonra  Vətən müharibəsinə  könüllüolaraq yollandım. Sentyabr ayının 27-də tarixi zəfər yürüşü başlayarkən öz bölməmiz ilə qəhrəmancasına ön sıralarda düşmən üzərinə  irəliyərək döyüşə başladıq. Mənfur düşmən ilə ilk döyüşümüz Ağdərə istiqamətindən başlamışdır. Sentyabr  ayının 29 -u Ağdərə istiqamətində şiddətli döyüşlər getdiyi an döyüş yoldaşlarım, qardaşlarımdan bir çoxu Şəhidlik zirvəsinə ucaldı və yaralandı. Həmin döyüşlərdə Şəhidlik zirvəsinə ucalan qardaşlarımız arasında doğma Zaqatala rayonun Aşağı Çardaxlar kəndindən olan  igid hərbi yoldaşım Mehdiyev Zöhrab  İlham oğlu, yaralananlar arasında dostlarım Zaqatala şəhərində yaşayan  Səbuhi Məmmədov və Zaqatala rayon Bəhmətli kənd sakini Pərviz Şirinov da var idi. Bu ağır döyüşlərdə çox itki verməyimizə baxmayaraq geri çekilməyərək mübarizə apardıq, daha da irəlilədik və nəticədə Ağdərə yüksəklikləri tamamilə düşmən əsarətindən azad edildi. Əldə olunan uğurdan sonra Şəhidlərimizin və yaralı yoldaşlarımızın döyüş meydanından çıxarılaraq təcili tibbi yardım maşınlarına yerləşdirilməsində iştirak etdim. Ağdərə yüksəklikləri işğaldan azad edildikdən sonra müəyyən zaman fasilə ilə biz Talış kənd istiqamətində irəliləməyə başladıq. Talış kənd ərazisində düşmən ilə gedən qızğın döyüşlər zamanı Zaqatala rayonunun Aşağı Tala kənd sakini Caniyev Hacımurad qorxaq düşmən ordusunun təsadüfü atəşinə tutularaq yaralandı. Bu döyüşlər zamanı düzdür itkilərimiz də oldu, lakin sonda Talış kəndi azad edərək qələbəyə doğru bir addım da yaxınlaşırdıq. Talış kəndində əldə olunan qələbənin ardınca növbəti tapşırığın icrası olaraq Suqovuşana daxil olmalı və oranı azad etməli idik.Suqovuşan istiqamətində gedən döyüş ən ağır döyüşlərimizdən idi. Amma ki, ordumuzun iradəsi, gücü və zəfərə köklənmiş əzmi nəticəsində Suqovuşanı düşmən tapdağından azad etmiş olduq. Daha sonra Suqovuşanda yerləşən meşəlik ərazidə və  550-600 metr hündürlükdə olan dağlıq ərazilərdə qızğın döyüşlər gedərkən 8 oktyabr tarixdə qəlpə yarası alaraq ağır şəkildə yaralandım. Bu döyüşlər zamanı yaralı baxımdan itki sayımız çox oldu və yaralılar siyahısında Zaqatala şəhərində yaşayan Səbuhi Məmmədov  və Zaqatala rayonunun Mamrux kəndindən olan Etibar qardaşım da var idi. 13 gün gedən qızğın döyüşlərdə çavuş Səbuhi Məmmədov  artıq ikinci dəfə idiki yaralanırdı. Qəlpə yarası aldıqdan sonra döyüş yoldaşlarım məni həmin ərazidən uzaqlaşdırdı, lakin həmin yüksəklikdən faşist erməni dəstələrinin texnikaları bizim nəqliyyat vasitələrinin istifadə etdiyi ana yolu vurduqları üçün 7-8 saat yaralı vəziyyətdə qaldım. Döyüşlər müəyyən dərəcədə səngidikdən sonra  məni sanitar nəqliyyat  vasitəsi ilə apararaq ilkin tibbi yardım göstərildi və daha sonra əməliyyat üçün Bakı şəhərinə göndərildim. 44 günlük zəfər yürüşünün 13 günlük iştirakçı oldum və yenə də çox şadam ki, qısa müddət də olsa vətənimə bir daha xidmət etdim və  torpaqımızın azad olunması naminə gedən döyüşlərdə iştirakçı oldum. Hazırkı zamana qədər qeyd edəsi olsaq artıq Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 4 dəfə əməliyyat olunmuşam. Hal-hazırda yaradan Allah Təalaya şükürlər olsun ki, sağam, sevdiklərimin yanındayam və səhhətim yaxşılığa doğru irəliləyir. Şəhidlərimizin valideynləri qarşısında baş əyirəm, qazilərimizə tez bir zamanda cansaqlığına qovuşmaqlarını arzulayıram. Sonda  Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin təbirincə demək istəyirəm.Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Bizimdir! Qarabağ Azərbaycandır!”

Qeyd edək ki, vətən torpaqlarının azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanmasında fərqləndiyinə görə Prezident cənab İlham Əliyev tərəfindən 18 dekabr 2020-ci il tarixdə imzalanan sərəncama əsasən Əliyev Tural Nüsrəddin oğlu “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir.

Bu gün Şəhidlərimizin əziz ruhlarının anılması və adlarının uca tutulması, Şəhid ailələrinin və qazilərin sosial rifahını və həyat səviyyəsinin yaxşılaşdırılması dövlətimizin əsas prioritet fəaliyyət istiqamətlərindən biridir. Düşünülmüş və məntiqlisiyasətin davamı olaraq kompleks tedbirlərin həyata keçirilməsininnəticəsidir ki, ölkə ərazisində “27 sentyabr” Anım günü və “8 noyabr” Zəfər günləri təsis edildi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında “Yaşat” fondu yaradıldı,  Zəfər günü münasibəti ilə  yeni metrostansiyası “8 noyabr” adı verildi,Prezident cənab İlham Əliyev tərəfindən imzalanan müvafiq fərman və sərəncamlar ilə Azərbaycan Milli Qəhrəmanına, Şəhid ailələrinə və müharibə əlilliyi olan şəxslər üçün nəzərdə tutulan Prezident təqaüdləri artırıldı və “Vətən Müharibəsi Qəhrəmanı” üçün nəzərdə tutulan  yeni Prezident təqaüdü təsis edildi, dövlət başçısının göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şəhid ailələrinin və qazilərin mənzil və nəqliyyat vasitələri ilə təmin edilməsi naminə silsilə işlər həyata keçirilir.

 

DQİDK-nin Zaqatala bölgəsi üzrə şöbənin

məsləhətçisi: Vüqar Məmmədov

 

 



Xəbəri paylaş

1595 dəfə oxunub.

Digər xəbərlər