“Sədərək” Ticarət Mərkəzində axunda etiraz edən şəxs həbs olunub
Tarix: 15-11-2021 | Saat: 10:59
Bölmə:Karusel / Hadisə | çapa göndər
Aydın Nağıyev
1385 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 15-11-2021 | Saat: 10:59
Bölmə:Karusel / Hadisə | çapa göndər

“Sədərək” Ticarət Mərkəzində yerləşən məscidin axundunun dəyişdirilməsinə etiraz edən Aydın Nağıyev həbs edilib.
Qarabaginfo.az xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmamaqda) ittiham irəli sürülüb.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə A.Nağıyev 15 sutka inzibati qaydada həbs olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.
Qeyd edək ki, A.Nağıyev noyabrın 12-də “Sədərək” Ticarət Mərkəzində yerləşən məscidin axundunun dəyişdirilməsinə etiraz edib. O bildirib ki, ticarət mərkəzinin mühafizəçiləri tərəfindən döyülüb.
A.Nağıyev hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb.
Xəbəri paylaş
Digər xəbərlər
11-05-2021, 13:52
Pulemyot və qumbaraatanlarla silahlanmış “SONGAR” - “Forbes” Türkiyənin uçan snayperindən yazır (VİDEO)
1-11-2022, 00:23
Putin: “Sülh müqaviləsi qarşılıqlı güzəşt nəticəsində əldə olunacaq”
1-11-2022, 12:58
Sabah hava necə olacaq? - PROQNOZ
13-09-2021, 12:13
Samir Abasovla “Qarabağ” azarkeşləri arasında qalmaqal
28-05-2024, 13:03
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
4-07-2021, 10:08
Vatsapda daha bir funksiya yaradılır
















