Pulemyot və qumbaraatanlarla silahlanmış “SONGAR” - “Forbes” Türkiyənin uçan snayperindən yazır (VİDEO)
Tarix: 11-05-2021 | Saat: 13:52
Bölmə:Karusel / Dünya | çapa göndər
11 921 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-05-2021 | Saat: 13:52
Bölmə:Karusel / Dünya | çapa göndər

Türkiyənin silah istehsalçıları zirehli transportyorun üstündən havaya buraxılan və elə həmin transportyordan da idarə edilən silahlı dronu nümayiş etdirib. Bu, Türkiyənin dronlar sahəsində hökmdarlığa can atmasında sonuncu addımlardan biridir.
Bu sətirlər nüfuzlu “Forbes” jurnalının Türkiyə hərbi sənayesinin işləyib hazırladığı “Songar” silahlı dronu barədə məqaləsindən götürülüb.

Nəşr yazır ki, Türkiyənin “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsi Ermənistan-Azərbaycan müharibəsində qalibdir və habelə Suriyada Rusiyanın hava hücumundan müdafiə sisteminin öhdəsindən gəlib. Kiçikölçülü “Kargu” kamikadze-dronu özünü Liviyada yaxşı göstərib. Bu ilin əvvəllərində ictimaiyyətə təqdim edilmiş “Songar” silahlı dronu isə sürətlə yeni tip təhdidə çevrilməkdədir.
Belə ki, pulemyot kimi piyada silahı ilə silahlanmış yeni tip multikopter uçan snayper də hesab edilir. “Asisguard” elektronika firması tərəfindən istehsal edilən “Songar” dronu artıq Türkiyə xüsusi təyinatlılarının silahlanmasına daxil edilib. Bu dronu işləyib hazırlayanlar bildirirlər ki, dronun təchiz edildiyi pulemyotun hədəfi dəqiq vurması lazer nişangahın və digər əlavə təkmilləşdirmələrin köməyi ilə təmin edilib.

Əvvəlcə “Songar” 5.56 millimetrlik yüngül pulemyotla təchiz edilmişdi. 2019-cu ildə isə istehsalçılar bildirdilər ki, “Songar” artıq 400 metr məsafədən hədəfi dəqiq vura bilir. Habelə “Asisguard” silahlı dronun daha bir sıra təkmilləşdirmələrini elan edib. Bildirib ki, pulemyotun əvəzinə “Songar” 40 millimetrlik “Akdas AK40-GL” (Türkiyə istehsalı) avtomatik qumbaraatanı ilə təchiz oluna bilər. Daha iriçaplı silah imkan verəcək ki, “Songar” daha iri hədəfləri, o cümlədən yüngül zirehli transportyorları hədəf alsın. Qumbaraatanın atəş effektivliyi 400 metrdir. O, zirehdələn, piyadalar əleyhinə və digər tipli qumbaralar atır. Habelə bu silah imkan verəcək ki, “Songar” hədəfdən daha uzaqdan zərbə endirə bilsin. Nəticədə onun aşkarlanması, səsinin eşidilməsi, müşahidəsi və vurulması da çətinləşəcək.(virtualaz.org)
Xəbəri paylaş
Digər xəbərlər
19-09-2022, 11:55
Baş nazirdən Şuşa ilə bağlı qərar
31-03-2022, 23:02
Britaniya sanksiyalar siyahısına Rusiyanın daha üç şirkətini əlavə edib
8-02-2022, 12:14
Onlara “Müharibə veteranı” adı verildi - Rəsmi
28-05-2021, 13:40
Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq
10-02-2026, 10:31
Lavrov: Ukrayna üzrə danışıqlar davam edir, hələ uzun məsafə var
27-09-2024, 14:56
4 167 Vətən müharibəsi iştirakçısına əlillik verilib
20-08-2024, 17:05
Azərbaycanda magistral qaz kəmərlərində itkilər kəskin azalıb
5-03-2021, 14:57
Azərbaycanda daha 365 nəfərdə COVID-19 aşkarlanıb, 175 nəfər sağalıb, 3 nəfər vəfat edib
8-10-2021, 14:06
Ərdoğan: “BTQ qlobal ticarətdə yeni və əhəmiyyətli alternativ olaraq getdikcə daha önə çıxır”
17-10-2023, 16:06
“Mehri dəmir yolu xəttini bərpa etməyə hazırıq” –PAŞİNYAN

















