Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda magistral qaz kəmərlərində itkilər kəskin azalıb
Tarix: 20-08-2024 | Saat: 17:05
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycanda magistral qaz kəmərlərində itkilər kəskin azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda magistral qaz kəmərlərində 23,8 mln. kubmetr itki olub, bu da illik müqayisədə 37,4% azdır.

Dövlət Statistika Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövründə respublika üzrə qaz kəmərlərində itkilər 38 mln. kubmetr təşkil edib.

Qeyd edək ki, сari ilin yanvar-iyun aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 20 540,7 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 1,3% artım müşahidə olunub. Qaz nəqlinin 55,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 11 418,9 mln. kubmetr qaz ötürülüb (2.6%-lik artım).

Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərlərində 59,8 mln. kubmetr itki olub, bu da illik müqayisədə 18,2% çoxdur. 2023-cü ildə il Azərbaycanda magistral qaz kəmərləri ilə 39 283,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 0,1% artım müşahidə olunub. Qaz nəqlinin əksər hissəsi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 21 800,1 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin göstəricisi ilə müqayisədə 4,8%-lik artım).



Xəbəri paylaş

147 dəfə oxunub.

Digər xəbərlər