Tarix: 13-09-2021 | Saat: 12:13
Bölmə:Karusel / İdman | çapa göndər
Azərbaycan Premyer Liqasının 4-cü turunun “Neftçi” – “Qarabağ” oyunu (1:2) zamanı qalmaqal yaşanıb.
Qarabaginfo.az xəbər verir ki, Ağdam klubunun “İmarət” azarkeş qrupu “Neftçi”nin baş məşqçisi Samir Abasovu istefaya səsləyib.
Qarşılaşmadan sonra keçirilən mətbuat konfransından Bakı klubunun çalışdırıcısı S.Abasov rəqib tərəfdarlara buna görə ağır cavab verdiyini bildirib: “Onlara meydanda verdiyim cavab ağır idi. Onu burada mətbuata deyə bilmərəm. Onların belə etməsi mənim üçün yaxşıdır. Həmin azarkeşlərə təşəkkür edirəm. Samir 7 il sonra gəldi və onların əlindən çempionluğu aldı. Əlbəttə onlar üçün Samirin getməyi yaxşıdır”.
“İmarət” azarkeş qrupu bu gün feysbuk hesabında “Neftçi”nin baş məşqçisinə xəbərdarlıq edib: “Samir Abasov deyib ki, onlara ağır cavab verdim. Ürəyində cavab verirmiş. Gələn oyun ağırlığı görərsən, Abasov”.
Digər xəbərlər