Saytımızı qiymətləndirin


 
 

Sabah hava necə olacaq? - PROQNOZ
Tarix: 01-11-2022 | Saat: 12:58
Bölmə:Karusel | çapa göndər

Sabah hava necə olacaq? - PROQNOZ

Noyabrın 2-nə gözlənilən hava şəraiti açıqlanıb.

 

Millu Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gündüz əsasən yağmursuz keçəcək. Şimal küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 11-13° isti, gündüz 15-18° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 8-13° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq.



Xəbəri paylaş

113 dəfə oxunub.

Digər xəbərlər