Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Xankəndi, Xocalı və Xocavənddə hansı addımları atıb?
Tarix: 10-11-2021 | Saat: 23:52
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Azərbaycan Xankəndi, Xocalı və Xocavənddə hansı addımları atıb? – ƏTRAFLIprint sharing button

Müharibənin başa çatmasından sonra əsas müzakirə mövzusu Xankəndi, Xocalı və Xocavəndin taleyi olub. Son bir ildə Azərbaycan ermənilərin yaşadığı bu ərazilərlə bağlı hansı addımları atıb?

1. Status məsələsini sıradan çıxarıb: ABŞ və Fransa bunu dilə gətirsə də, Rusiya sonrakı dövr üçün qüvvədə saxlasa da, Bakının mövqeyi dəyişmir;

2. Şuşa Bəyannaməsi ilə Qarabağda mövqeyini gücləndirib: bu, ermənilərin yaşadığı ərazilər üzərindən Rusiya, eləcə də üçüncü ölkələr tərəfindən Azərbaycanın suverenliyi üçün yaradıla biləcək təhdidlərə qarşı qalxan rolunu oynayır;

3. Xankəndi, Xocalı və Xocavənd Qarabağ iqtisadi rayonuna birləşdirilib: bununla həmin ərazilərin gələcəyinin hüquqi əsası təsbit olunub;

4. “Dağlıq Qarabağ” ifadəsini ləğv edib;

5. Qarabağdakı ermənilərlə birgə yaşayış üçün dövlət proqramı hazırlanır (bu haqda məlumatlar var);

6. Separatçılar coğrafi baxımdan mühasirəyə alınıb: bu, mümkün əməliyyatlarda hərbi üstünlük qazandırır və anti-terror əməliyyatı alternativ variant kimi gündəmdə saxlanılır;

konkret.az



Xəbəri paylaş

1258 dəfə oxunub.

Digər xəbərlər