Saytımızı qiymətləndirin


 
 

“Biz torpağımızı niyə onlara verməliyik?!”
Tarix: 05-12-2025 | Saat: 21:03
Bölmə:Karusel / Dünya | çapa göndər

biz-torpagimizi-niye-onlara-vermeliyik

Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş komandanı Aleksandr Sırski bəyan edib ki, Ukrayna üçün öz ərazisini təslim etmək qəbuledilməzdir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “RBK-Ukraina” məlumat yayıb.

Baş komandan ərazilərin verilməsi ilə bağlı səslənən fikirləri rədd edib:

“Əlbəttə, əraziləri vermək bizim üçün qəbuledilməzdir. Ümumiyyətlə, biz torpağımızı niyə onlara verməliyik?! Ərazimizi kimsəyə verməyəcəyik”.

Onun sözlərinə görə, Ukrayna üçün ədalətli sülh “ilkin şərtlər olmadan sülh”, habelə ərazilərdən imtina edilməməsi və cəbhə xətti boyunca atəşkəsin dayandırılması deməkdir.

Xatırladaq ki, bundan əvvəl A. Sırski Pokrovskun itirilməsi ilə bağlı informasiyaları təkzib etsə də, Rusiya tərəfi şəhərə nəzarəti ələ keçirdiyini bildirmişdi.



Xəbəri paylaş

79 dəfə oxunub.

Digər xəbərlər