Müharibənin başa çatmasından sonra əsas müzakirə mövzusu Xankəndi, Xocalı və Xocavəndin taleyi olub. Son bir ildə Azərbaycan ermənilərin yaşadığı bu ərazilərlə bağlı hansı addımları atıb?
1. Status məsələsini sıradan çıxarıb: ABŞ və Fransa bunu dilə gətirsə də, Rusiya sonrakı dövr üçün qüvvədə saxlasa da, Bakının mövqeyi dəyişmir;
2. Şuşa Bəyannaməsi ilə Qarabağda mövqeyini gücləndirib: bu, ermənilərin yaşadığı ərazilər üzərindən Rusiya, eləcə də üçüncü ölkələr tərəfindən Azərbaycanın suverenliyi üçün yaradıla biləcək təhdidlərə qarşı qalxan rolunu oynayır;
3. Xankəndi, Xocalı və Xocavənd Qarabağ iqtisadi rayonuna birləşdirilib: bununla həmin ərazilərin gələcəyinin hüquqi əsası təsbit olunub;
4. “Dağlıq Qarabağ” ifadəsini ləğv edib;
5. Qarabağdakı ermənilərlə birgə yaşayış üçün dövlət proqramı hazırlanır (bu haqda məlumatlar var);
6. Separatçılar coğrafi baxımdan mühasirəyə alınıb: bu, mümkün əməliyyatlarda hərbi üstünlük qazandırır və anti-terror əməliyyatı alternativ variant kimi gündəmdə saxlanılır;
konkret.az