Saytımızı qiymətləndirin


 
 

ATƏT-in konfransında işgəncələrə məruz qalmış azərbaycanlılardan DANIŞILIB
Tarix: 10-10-2023 | Saat: 16:22
Bölmə:Karusel / Siyasət | çapa göndər

ATƏT-in konfransında işgəncələrə məruz qalmış azərbaycanlılardan DANIŞILIB

 

İki gündür ki, Polşanın paytaxtı Varşavada ATƏT-in insan meyarı üzrə konfransı keçirlir. Konfransa 57 dövlət, beynəlxalq təşkilatlar və QHT-lər iştirak edir.

Azərbaycanı təmsil edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov  konfransda çıxış edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə modern.az-a açıqlama verən Sahib Məmmədov deyib ki, o, tədbirdə QHT sədri olaraq vətəndaş cəmiyətini təmsil edib:

“Mən konfransda vətəndaş cəmiyyətini təmsil edirəm. Hər il bu toplantıda iştirak edib fikirlərimi səsləndirirəm. Mənim fikirlərim rəsmi dövlət mövqeyi deyil. Burada dövlət nümayəndələrinin də iştirakı var. Lakin mən hökumət adından çıxış etmirəm. Toplantıya qatılan hər kəs reqlament çərçivəsində çıxış edir”.
 

Sahib Məmmədov bugünkü çıxışı barədə məlumat verib:
 

“Ermənilərdən sonra çıxış etməyə çalışıram. Burada məqsəd onların dediklərini təkzib etməkdir. Bugünkü çıxışımda erməni terrorundan, əsirlərimizə qarşı insan ləyaqətini alçaldan davranışlardan və işgəncələrdən danışdım. Ermənilər həbs olunaraq Bakıya gətirilən və hərbi cinayətdə ittiham olunanların "siyasi məhbuslar"  olduqlarını dedilər. Bunu təkzib edərək, həmin  şəxslərin hərbi cinayətlərdə ittiham olunduğunu, lakin hələ onların təqsirsizlik preziumpsiyası olduğunu qeyd etdim. Məhkəmə bu yöndə qərar çıxaracağı halda  onların siyasi məhbus sayılmayıb, bağışlana bilməyəcəyini diqqətə çatdırdım.
Qarabağdan erməni sakinlərin zorla çıxarıldıqlarını da dilə gətirdilər. Mən bunu da təkzib etdim. Bildirdim ki, həmin erməni sakinlər müvəqqəti olaraq evlərini tərk ediblər. Onların çoxu bizim "qaynar xətt"imizə zəng edib vətəndaşlıq hüquqlarını bərpa etmək istəyir. Onların mülkiyyət, öz ana dilindən istifadə, vicdan azadlığı hüququnun dövlət tərəfindən təminat altına alındığını bildirdim”.

QHT sədri ötən gün etduyi çıxışına da toxunub:


“Ötən gün Azərbaycan ərazisində yaradılan qanunsuz məhkəmələrdən danışdım. Bildirdim ki, son vaxtlara qədər Azərbaycan ərazisində qeyri-legitim məhkəmələr fəaliyyət göstərirdi. Bu məhkəmələr 30 ildən artıq Ermənistanın işğalı altında olan ərazilərdə yaradılmışdı. Bu saxta məhkəmələrdə minlərlə insan, o cümlədən girovlar, əsirlər, işğal ərazisində yaradılmış marionet rejimlə razılaşmayan erməni əsilli insanlar mühakimə olunurdu. Qeyd etdim ki, qanunsuz rejim artıq özünü buraxıb. Amma həmin qurbanlar üçün ədalətin bərpası problem olaraq qalır.
Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi saytında 4496 girov və əsir götürülən azərbaycanlı mülki vətəndaş və hərbçi haqqında məlumat yerləşdirilib. Onlar Birinci Qarabağ müharibəsi zamanı girov və əsir olublar. Onların hamısı qəddar işgəncələrə məruz qalmış, zorlanmış və əzab verilərək öldürülmüşdür. 200-ə yaxın körpənin orqanları erməni qurumları tərəfindən çıxarılaraq satılıb. 

44 günlük müharibə zamanı ermənilərə əsir düşən bütün azərbaycanlı əsirlər işgəncələrə və ləyaqəti alçaldan rəftara məruz qoyublar. Onlardan bəzilərinin başları kəsilib, videoya çəkilib və Tik-Tokda yerləşdirilib.

Dumanlı havada Ermənistan tərəfə keçən Azərbaycan əsgərləri işgəncələrə məruz qalıb və saxta ittihamlarla mühakimə olunublar. Ermənistan 3-cü Cenevrə Konvensiyasının tələblərinə zidd olaraq hərbi əsirləri geri qaytarmır.

Bildirdim ki, hazırda işğaldan azad olunan ərazilərdə çoxsaylı kütləvi məzarlıqlar aşkar olunur. Burada insanlara əzab verilərək öldürülüb və diri-diri dəfn ediliblər”.



Xəbəri paylaş

181 dəfə oxunub.

Digər xəbərlər