Saytımızı qiymətləndirin


 
 

Fransız hakim “Qarabağ”ın 2 xalını oğurladı - Fotolar + Video
Tarix: 19-10-2017 | Saat: 00:14
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər

 

Fransız hakim “Qarabağ”ın 2 xalını oğurladı

 

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Qarabağ” öz meydanında “Atletiko” ilə 0-0 heç-heç edib.

Qarabaginfo Qafqazinfo-ya istinadən xəbər verir ki, matça damğa vuran epizod isə 75-ci dəqiqədə baş verib.

“Qarabağ”ın hücumçusu Dino Ndlovu rəqibin cərimə meydançası daxilində Dieqo Qodini aldadıb keçərkən yerə yıxılıb. Fransız hakim Ruddi Buke isə bunu simulyasiya kimi dəyərləndirib və hücumçumuzu cəzalandırıb. İkinci sarı kartı alan Ndlovu meydandan qovulub.

Televiziyada epizodun videotəkrarında açıq-aşkar görünüb ki, həmin epizodda Qodinin ayağa müdaxiləsi nəticəsində Ndlovu yıxılıb. Qodinin bu hərəkətini görməyən və ya doğru qiymətləndirməyən fransız hakimin səhv qərarı nəticəsində “Qarabağ”ın penal, bəlkə də 3 xal qazanmaq şansı əlindən alınıb.



Xəbəri paylaş

629 dəfə oxunub.

Digər xəbərlər