Saytımızı qiymətləndirin


 
 

Boris Tadiç: "Azərbaycan Dağlıq Qarabağ kimi bir problemi çox effektiv, səmərəli şəkildə həll etdi"
Tarix: 06-11-2021 | Saat: 11:36
Bölmə:Karusel / Siyasət | çapa göndər

Boris Tadiç

 

“Azərbaycan Dağlıq Qarabağ kimi bir problemi çox effektiv, səmərəli şəkildə həll etdi. Çox təəssüf ki, bu məsələnin həll olunmasında hərbi qüvvələrdən istifadə olundu. Ancaq bəlkə də, bu, hazırkı vəziyyətdə Azərbaycan üçün yeganə həll yolu idi”.

Qarabaginfo.az xəbər verir ki, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” mövzusunda paneldə Serbiyanın keçmiş Prezidenti (2004-2012-ci illər) Boris Tadiç bildirib.

B. Tadiç deyib ki, regiona ayrıca baxmaq lazım deyil: “Biz bu məsələnin həllinin qlobal səviyyədə analoji problemlərin həllinə necə təsir edəcəyini görəcəyik. Biz müqayisə apararaq digər regionlarda münaqişələrin əlli yolunu tapmalıyıq”.(Apa)



Xəbəri paylaş

1229 dəfə oxunub.

Digər xəbərlər