Saytımızı qiymətləndirin


 
 

Ukrayna XİN xarici tələbələr üçün "qaynar xətt" yaradıb
Tarix: 02-03-2022 | Saat: 18:46
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ukrayna XİN xarici tələbələr üçün "qaynar xətt" yaradıb

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) xarici tələbələr üçün "qaynar xətt" yaradıb.

Qarabaginfo.az-ın Ukrayna XİN-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, ölkədəki vəziyyətlə əlaqədar Ukraynanı tərk etmək istəyən əcnəbi tələbələr üçün "qayanr xətt" nömrəsi açılıb.

Yardıma ehtiyacı olanlar +380 93418 56 84 nömrəsinə zəng edə, "Viber" və ya "Telegram"dan yaza bilərlər.
Mətbuat xidmətindən bildirilib ki, xarici tələbələr üçün həmçinin elektron sorğu forması hazırlanıb. Sorğu forması xarici tələbələrin hansı regionda olması barədə məlumat toplamaq, onlara müvfiq məsləhətlərin verilməsi üçün yaradılıb: "Ukrayna hökuməti xarici ölkələrin diplomatik nümayəndəlikləri və konsulluqları ilə daimi əlaqə saxlayır, vətəndaşların təhlükəsiz şəraitdə yaşaması və mümkün qədər tez öz ölkələrinə qayıtmasını təmin edir".

Nazirlik bildirib ki, qərb sərhədindəki bütün buraxılış məntəqələri 24 saat açıqdır, yoxlama və qeydiyyat əməliyyatları mümkün qədər sadələşdirilib, zəruri sənədlərin siyahısı minimuma endirilib: "Beynəlxalq humanitar hüquqa uyğun olaraq qadınlara və uşaqlara üstünlük verilir. İstər Ukrayna vətəndaşları, istərsə də xarici vətəndaşlar olan bütün kişilər qadınlar, uşaqlar və qocalardan sonra yoxlama və qeydiyyat əməliyyatlarından keçirlər. Sərhəddəki bütün insanlardan qanuna və asayişə riayət etməsi və çətin vəziyyətə görə məsuliyyətlə hərəkət etmələri xahiş olunur. Bu, Ukrayna Dövlət Sərhəd Xidmətinə sərhədi keçmə prosesini sürətləndirməyə imkan verəcək".

"Bir daha qeyd etmək istərdik ki, Ukraynada davam edən ağır humanitar vəziyyət, o cümlədən Ukraynanın qərb sərhədindəki vəziyyət Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzü nəticəsində yaranıb. Günahsız insanların öldürülməsinə və yaralanmasına, mülki infrastrukturun dağıdılmasına və xarici vətəndaşların ölkədən təhlükəsiz çıxışına maneələrin yaradılmasına görə tam məsuliyyəti Rusiya daşıyır", - Ukrayna XİN bildirib.



Xəbəri paylaş

1276 dəfə oxunub.

Digər xəbərlər