Tarix: 02-11-2021 | Saat: 14:01
Bölmə:Karusel / Gündəm | çapa göndər
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının idarəetməsi müvəqqəti olaraq Pyatiqorsk və Çerkesskin (Pyatiqorsk Yeparxiyası) arxiyepiskopu Feofilakt Ataya tapşırılıb.
Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə APA-nın sorğusuna cavab olaraq Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasından bildirilib.
Qeyd edək ki, Bakı və Azərbaycan Yeparxiyasının keçmiş arxiyepiskopu, Rus Pravoslav Kilsəsinin Şuralararası İdarəsinin üzvü Aleksandr İşein iyunun 10-da 69 yaşında vəfat edib və Birinci Fəxri xiyabanda dəfn edilib.
Din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilən Arxiyepiskop 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni, 2015-ci ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Digər xəbərlər