DTX: "Gürcüstanda dövlət çevrilişinə hazırlıq planlaşdırılıb"
Tarix: 29-10-2021 | Saat: 19:43
Bölmə:Karusel / Region | çapa göndər
1406 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 29-10-2021 | Saat: 19:43
Bölmə:Karusel / Region | çapa göndər

Gürcüstanda dövlət çevrilişinə hazırlıqla bağlı planlar olub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) keçirilən brifinqdə bildirilib.
Qeyd olunub ki, üçüncü prezident Mixeil Saakaşvilinin tərəfdarları dövlət əleyhinə hərəkətlər həyata keçirmək niyyətində olublar. Onlar sabiq dövlət başçısının xəstəxanaya və ya digər həbsxanaya köçürüləcəyi halda yolları bağlamaq, xaos və nəzarət olunmayacaq vəziyyət yaratmaq barədə düşünüblər.
DTX bu planların müzakirə olunduğunu sübut edən səsyazısı da təqdim edib.
Faktla bağlı Cinayət Məcəlləsinin Konstitusiya quruluşunun zorla dəyişdirilməsi, dövlət çevrilişi, hakmiyyətin ələ keçirilməsinə yönələn hərəkətlər maddəsi üzrə istintaq aparılır.(Report)
Xəbəri paylaş
Digər xəbərlər
4-04-2023, 17:29
Prezident kənd təsərrüfatı naziri vəzifəsini ona həvalə etdi
20-12-2024, 11:55
"Azdrama" Belarus Milli Akademik Teatrı ilə memorandum imzalayıb
7-07-2025, 14:42
Mirasdan imtina etməmək mirasın qəbulu şərti kimi müəyyən edilir
22-02-2022, 23:46
Putin: "Bəyannamə dövlətlərarası münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə keçidi ilə əlamətdardır"
16-10-2021, 21:33
SOCAR da məlumat yaydı
8-07-2022, 09:44
Bakı DYP bayram günləri ilə bağlı sürücülərə müraciət edib
24-02-2022, 12:10
Makron Zelenskiyə zəng edib















