Tarix: 16-10-2021 | Saat: 21:33
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Qarabaginfo.az xəbər verir ki, bunu SOCAR-ın mətbuat xidməti rəhbərinin müavini İbrahim Əhmədov deyib.
O bildirib ki, əvvəlki illərdə qazın alışını və satışını SOCAR həyata keçirirdi:
“Bildiyimiz kimi, SOCAR ölkədə yeganə qaz hasilatçısı deyil, qazı başqa şirkətlər də hasil edirlər. SOCAR Azərbaycanın təbii qaza olan tələbatını ödəmək üçün başqa şirkətlərdən də, xüsusilə də “Şahdəniz” konsorsiumundan qaz alır.
“Artıq bir ilə yaxındır ki, qazın topdan alış-satışını dövlət şirkəti olan “Azərkontrakt” həyata keçirir. Həmin şirkət SOCAR və digər qaz hasilatçılarından qazı topdan qiymətə alaraq qazpaylayıcı şəbəkələrə satır.
“Azərkontrakt”ın şirkətlərdən aldığı qazın qiymətinin bir qismi dövlət tərəfindən tənzimlənir ki, o da SOCAR-dan alınan qazdır. Bir qismi isə bazar şəraitinə görə dəyişə bilər. Bazarda qiymətlər artdıqca həmin qazın qiyməti artır. Bu zaman isə qazı alan tərəf - dövləti təmsil edən şirkətin də xərci artır.
Qazın satış tarifləri dəyişmədikdə bu artımın da kompensasiyası mümkün olmur. Ya dövlət subsidiyalaşdırmalı, ya da qiymət artımı baş verməlidir.
Subsidiyalaşdırmanın da müəyyən fəsadları var ki, bu da dövlət büdcəsi üçün əlavə yük yaradır. Hazırda dünyada qaz qiymətləri ötən illə müqayisədə 10, 20, 30 dəfələrlə artıb.
Təbii ki, “Azərkontrakt”ın da başqa şirkətlərdən aldığı qazın qiyməti, xərcləri müəyyən qədər artıb
Digər xəbərlər