Tarix: 22-02-2022 | Saat: 23:46
Bölmə:Karusel / Siyasət | çapa göndər
"Azərbaycan Respublikasının Prezidenti ilə birgə indicə bizim tərəfimizdən imzalanan Rusiya və Azərbaycanın müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə dövlətlərarası münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə keçidi ilə əlamətdardır. Bu strateji sənəd apardığımız danışıqların mərkəzi elementi və əsas yekunudur".
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.
"Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin Rusiya ilə Azərbaycan arasında rəsmi diplomatik əlaqələrin 30 illiyinin tamam olduğu ildə imzalanması çox rəmzi xarakter daşıyır. Ötən onilliklər ərzində Rusiya-Azərbaycan əməkdaşlığı nəzərəçarpacaq dərəcədə möhkəmlənib və genişlənib, siyasi, iqtisadi və humanitar sahələrdə çoxsaylı konkret qarşılıqlı faydalı layihələrlə zənginləşib. Biz, sözsüz ki, möhkəm dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması ənənələrinə əsaslanmaqla əsl sıx qarşılıqlı müttəfiqlik münasibətlərini bundan sonra da hərtərəfli inkişaf etdirmək əzmindəyik", - Putin qeyd edib.
Digər xəbərlər