Saytımızı qiymətləndirin


 
 

NATO sualtı obyektlərin mühafizəsi üçün mərkəz açıb
Tarix: 17-06-2023 | Saat: 12:01
Bölmə:Karusel / Manşet | çapa göndər

NATO sualtı obyektlərin mühafizəsi üçün mərkəz açıb

NATO sualtı obyektlərin mühafizəsi mərkəzi açıb.

Qarabaginfo.azThe New York Times“ nəşrinə istinadən xəbər verir ki, bu barədə NATO Beynəlxalq Hərbi Qərargahının Baş direktoru, general-leytenant Hans Verner-Virmann (Hans-Werner Wiermann) bildirib.

 

 

Virmann bildirib ki, Şimali Atlantika Alyansı, Rusiya tərəfdən mümkün təhlükə ilə əlaqədar, sualtı boru kəmərlərinin, kabellərin və digər vacib infrastruktur obyektlərinin mühafizəsi üçün yeni mərkəz açıb.

Qeyd olunub ki, belə bir zərurət ötən ilin sentyabrında Baltik dənizində “Şimal axını” qaz kəmərlərinin partladılmasından sonra yaranıb.

Xatırladaq ki, 2022-ci ilin sentyabr ayında Baltik dənizində “Şimal axını” qaz kəmərlərində baş vermiş partlayışlar səbəbilə kəmərin istismarı dayandırılıb və bu hücumların arxasında kimin dayandığı hələ də müəyyən edilməyib.



Xəbəri paylaş

1168 dəfə oxunub.

Digər xəbərlər