Saytımızı qiymətləndirin


 
 

İsrail mütəxəssisləri dronların idarə olunması ilə bağlı İsmayıllıda təlim keçir - FOTO
Tarix: 14-10-2021 | Saat: 14:37
Bölmə:Karusel / Multimedia | çapa göndər

İsmayıllıda dronların idarə olunması ilə bağlı təlimlər

Qarabaginfo.az xəbər verir ki, mediatur çərçivəsində İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində İsraildən olan mütəxəssislər tərəfindən dronların idarə edilməsi ilə bağlı keçirilən təlim prosesi ilə tanışlıq olub. Mediaturda təhsil nazirinin müavini Firudin Qurbanov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak edib.

Mediatur iştirakçıları əvvəlcə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası, yaradılmış şərait, ixtisas otaqları ilə tanış olub, mərkəzdə “Dron idarəedilməsi və dəqiq aqronomluq” üzrə təlimləri izləyiblər. Daha sonra təlim iştirakçıları tərəfindən açıq sahədə dronların uçuşu həyata keçirilib, drondan istifadə qaydaları, növbəti mərhələdə qarşıya qoyulmuş məqsədlər barədə təqdimat edilib. Bildirilib ki, təlimlər Peşə Təhsili üzrə Dövlət Agentliyinin və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə İsraildən olan mütəxəssislər tərəfindən keçirilir.

Qeyd edilib ki, 10 və 30 litr su tutumu olan bu dronlar dərmanlama, xəritələmə və torpağın tərkibinin müəyyən edilməsi və gübrələrdən istifadə olunması ilə bağlı məlumatların toplanması işlərini görə bilir. Hazırda İsmayıllıda təlimçilər hazırlanır, gələn ildən peşə tədris mərkəzində dronların idarə edilməsi üçün operatorların hazırlanması üzrə pilot olaraq yeni ixtisasın yaradılması nəzərdə tutulur.

Bu dronlar süni intelektlə idarə olunur. Yaxın vaxtlarda kənd təsərrüfatı sahəsində çalışan fermer və sahibkarlar bu dronların fəaliyyətindən bəhrələnə biləcək. Bunun üçün hazırda ölkəmizdə mütəxəssislər hazırlanır. Hazırda davam edən 15 günlük təlimlərdən sonra İsraildən gələcək başqa bir qrup müəxəssislər tərəfindən isə nəzəri təlimlər keçiriləcək.

Təlimlər oktyabrın 19-dək davam edəcək.

Təhsil nazirinin müavini Firudin Qurbanov mediatur iştirakçılarına son illər ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.

Sonra təhsil nazirinin müavini Firudin Qurbanov İsmayıllı rayon Mədəniyyət evində 44 günlük Vətən Müharibəsində iştirak edən müəllimlərlə görüş keçirib. Həmçinin, şəhid müəllim Famil Əhmədzadənin doğum günü münasibətilə məzarı ziyarət olunub.

Təhsil Nazirliyi tərəfindən başladılan və "Zəfər" ilinə həsr edilən ağacəkmə kampaniyası çərçivəsində şəhid müəllim Famil Əhmədzadənin xatirəsinə onun çalışdığı 3 nömrəli tam orta məktəbin həyətində ağac əkilib.(Apa)



Xəbəri paylaş

1351 dəfə oxunub.

Digər xəbərlər