Saytımızı qiymətləndirin


 
 

"Uzun illərdən bəri ilk dəfədir ki, doğum günümdə ruhumda bir təntənə hiss edirəm...”
Tarix: 15-05-2021 | Saat: 14:43
Bölmə:Karusel / Müsahibə | çapa göndər

“Rusiya ordusu  “Laçın dəhlizi” deyilən ərazimizi də, Laçın şəhərini də uzağı 5 ilə, bəlkə də lap tez tərk etməyə məcbur olacaq...”
 
“Uzun illərdən bəri ilk dəfədir ki, digər günlərdə kimi, doğum günümdə də ruhumda bir rahatlıq, dinclik və təntənə hiss edirəm. Artıq xəcalət basqısı altında, utancla yaşadığımız günlər geridə qalmaqdadır. Şəhidlərimizin, qazilərimizin canı, qanı sayəsində torpaqlarımızın, o cümlədən doğma Laçınımızın əksər hissəsi birbaşa dövlətimizin, ordumuzun nəzarətinə keçib”.
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri doğum günündə Moderator.az əməkdaşının açıqlama götürdüyü keçmiş Laçın alayının komandiri, ehtiyatda olan polkovnik Arif Paşa dilə gətirib.
 
“İtirilməsində günahın kimdə olmasına rəğmən ayağının altında yurd torpağı olmayan kişi başını dik qaldırıb gəzə bilmir. İstər laçınlı, şuşalı, kəlbəcərli, qarabağlı, istərsə də bakılı, şəkili, gəncəli, bərdəli və s. olsun.  İnşallah, inanırıq ki, yaxın vaxtlarda “qaçqın” damğası üzərimizdən götürülən hamımız öz yurdlarımızda, o cümlədən Laçında  daimi məskunlaşacaq və Yuxarı Qarabağdakı digər torpaqlarımız: Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və s. üzərində də suveren haqlarımızı bərpa edəcəyik”- deyə polkovnik gələcəyə inamını  ifadə edib.
 
Keçmiş alay komandiri Rusiyanın sülhməramlı hesab edilən hərbi birləşməsinin Laçın şəhəri və ətraf kəndlərdəki mövcudluğu məsələsinə də toxunub.
“Rusiya ordusu da Laçında, Qarabağda müvəqqətidir. Onlar gəldi-gedərdi. Necə ki, digər yerlərə də  gəldilər və sonda çıxmağa məcbur oldular. “Laçın dəhlizi” deyilən ərazimizi də, Laçın şəhərini də uzağı 5 ilə, bəlkə də lap tez tərk etməyə məcbur olacaqlar. Çünki bu torpaqların əzəli və əbədi sakinləri var. İlahi ədalət gec-tez təcəlli edir və bütün torpaqlar öz əzəli-əbədi sakinlərinə qismət olur”- deyə polkovnik vurğulayıb.
 


Xəbəri paylaş

1315 dəfə oxunub.

Digər xəbərlər