Saytımızı qiymətləndirin


 
 

1-ci tank ordusu darmadağın edildi, Rusiya qaniçən generalı Ukraynada döyüşə atdı
Tarix: 27-03-2022 | Saat: 14:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiyanın ən elitar qoşun qruplaşması olan 1-ci tank ordusu Ukraynanın Xarkov və Sumı vilayətlərində gedən döyüşlər zamanı bir ay ərzində praktiki olaraq darmadağın edilib.

Qarabaginfo.az xəbər verir ki, Ukrayna prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç ötən gün bu haqda danışıb. Onun sözlərinə görə, Rusiya rəhbərliyi indi 1-ci tank ordusunun itkilərinə görə günahkarlar axtarır.

Ukraynalı tanınmış hərbi jurnalist Roman Simbalyuk isə bildirib ki, artıq Rusiyanın Qərb Hərbi Dairəsinin 1-ci tank ordusunun (11161 nömrəli hərbi hissə, Moskva ətrafındakı Bakovka rayonunda dislokasiya olunub) komandanı, general-leytenant Sergey Kisel vəzifəsindən azad edilib. Onun Ukraynadakı böyük itkilərə, tank ordusunun praktiki olaraq darmadağın edilməsinə görə vəzifədən azad edildiyi bildirilir.

“Əməliyyatın iflasa uğramadı və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməməsi, Ukraynadakı döyüş əməliyyatlarına çağırışçı əsgərlərin cəlb edilməsi, habelə şəxsi heyət və texnika sarıdan nəhəng itkilər səbəbindən 1-ci tank ordusunun komandanı Sergey Kisel vəzifədən azad edilib”, - Simbalyuk Facebook-da yazıb. Onun sözlərinə görə, Kiselin müavini də vəzifəsindən çıxarılıb.

Roman Simbalyuk növbəti postunda 1-ci tank ordusunun yeni komandanını da açıqlayıb. Onun yazdığına görə, həmin qoşun qruplaşmasına xüsusi qəddarlığı ilə tanınan, Suriyada “qaniçən” adı qazanmış general-mayor Nikolay Tereşenko komandan təyin olunub.

Tereşenko bundan əvvəl Mərkəz Hərbi Dairəsinin qərargah rəisinin müavini olub. Fevral ayında Suriyadan növbəti 6 aylıq ezamiyyətdən qayıdıb. Suriyada əsirləri və qaçqınları güllələdiyinə görə ona “qaniçən general” adı veriblər. Tereşenko öz tabeçiliyində olanlara qarşı da qəddar davranır. General üçün ən başlıcası yuxarı komandanlığın əmrini yerinə yetirməkdir - nəyin bahasına olursa olsun. Bildirilir ki, Suriyada hücum əməliyyatlarının effektivliyini təmin etmək üçün general geri çəkilənləri güllələmək üçün xüsusi dəstələr saxlayırdı. “Görünür bu taktikanı Ukraynadakı hücum fəaliyyətləri zamanı 1-ci tank ordusunda da tətbiq edəcəklər”, - ukraynalı jurnalist yazıb.



Xəbəri paylaş

1253 dəfə oxunub.

Digər xəbərlər