Saytımızı qiymətləndirin


 
 

“Sonuncu” filmi beynəlxalq festivalda “Ən yaxşı sənədli film” mükafatına layiq görülüb
Tarix: 28-09-2021 | Saat: 13:38
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

 

“Sonuncu” filmi beynəlxalq festivalda “Ən yaxşı sənədli film” mükafatına layiq görülüb

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi beynəlxalq festivalda “Ən yaxşı sənədli film” mükafatına layiq görülüb.

Bu barədə Qarabaqinfo.az-a “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.

Bildirilib ki, 22-25 sentyabr tarixlərində Bosniya və Herseqovinanın Palam şəhərində 15-ci Jahorina Beynəlxalq Sənədli və Qısametrajlı Film Festivalı keçirilib.

Festivalın beynəlxalq proqramının “ən yaxşı sənədli film” nominasiyasında “Golden Maple” (Qızıl Ağcaqayın) mükafatına Azərbaycanı təmsil edən “Sonuncu” filmi layiq görülüb. Bu proqramda müxtəlif ölkələrdən 30 film yarışıb.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir.

Qeyd edək ki, “Sonuncu” filmi daha əvvəl Rotterdam Beynəlxalq Film Festivalında və Rusiyanın Perm şəhərində keçirilən “Flaertiana Beynəlxalq Film Festivalı”nda iştirak edib. APA



Xəbəri paylaş

2331 dəfə oxunub.

Digər xəbərlər
2-01-2023, 12:14 Sabahın hava proqnozu