Tarix: 09-10-2020 | Saat: 11:02
Bölmə:Karusel / Siyasət | çapa göndər
On ikinci gündür ki, Ermənistan işğalçı siyasətini davam etdirərək təxribatlara əl atır. Düşmən həm panika yaratmaq həm də güclənmək üçün faşist xislətindən əl çəkmir.Bu müddət ərzində İranın İşğalçıya silah göndərib yardım etməsi haqqında iddialar gündəmi zəbt etmişdi. İran İslam İslam Respublikasının prezidenti Həsən Ruhani bəyanatında Azərbaycanın ərazi bütövlüyünün önəmli olduğunu vurğuladı. Ruhani qeyd etdi ki, əsas məsələ öz ərazimizin təhlükəsizliyidir. Azərbaycan bizim qardaşımız, Ermənistan isə qonşumuzdur. İran bununla neytral mövqedə olduğunu da bildirdi. Belə olan halda düşmən prosesi lehinə çevirmək üçün hansı təxribata əl ata bilər? İran gələcək perspektivdə mövqeyini dəyişsə,Ermənistanın reaksiyası nə olacaq?
Qarabaginfo.az xəbər verir ki, Korrespondent.az saytına danışan Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov açıqlamasında bildirir ki, artıq İran Azərbaycanın mövqeyini dəstəkləyir: Mən İranın neytral mövqedə olduğunu deməzdim,çünki artıq İran Azərbaycanın mövqeyini və ərazi bütövlüyünü dəstəkləyir. İranın mövqeyi dəyişməyəcək.
T.Zülfüqarov mövqenin dəyişməyəciyinin səbəbini belə izah etdi: "Çünki İran İslam Respublikası ilk vaxtlardan bizim mövqeyimizi və ərazi bütövlüyümüzü dəstəkləyirdi.
Sadəcə bu və ya digər hallarda Azərbaycanın narazılığının səbəbi lazımı səviyyədə həmrəyliyin nümayiş olunmaması idi. İşğalçı ölkə ilə İslam dövlətinin əməkdaşlığı bizi qane etmirdi. Biz təbii ki, bu baxımdan tənqidlərimizi irəli sürürdük.
Sabiq xarici işlər naziri mövqenin əsas elementlərindən də danışdı: Bir daha qeyd edirəm ki, İranın ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsi artıq Azərbaycanın mövqeyini
dəstəkləmək kimi qəbul olunmalıdır.
Digər xəbərlər