Saytımızı qiymətləndirin


 
 

İstintaqda Araik haqda soruşurlar...
Tarix: 24-09-2021 | Saat: 21:42
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanda nəşr olunan “Joqovurd” qəzeti öz mənbələrinə istinadən yazır ki, bu ölkənin hüquq-mühafizə orqanları, konkret olaraq İstintaq Komitəsi bu günlərdə Müdafiə Nazirliyinin işçilərini və əvvəllər nazirlikdə yüksək vəzifə tutmuş şəxsləri dindirməyə çağırır.

Nəşrin bildirdiyinə görə, dindirmə zamanı konkret olaraq 44 günlük müharibədəki məğlubiyyətin günahkarları haqda suallar verirlər.

“Bundan əlavə, dindirilən vəzifəli şəxslərə əsasən “arsax prezidenti” Araik Arutyunyan haqda sual verirlər, onun müharibədəki məğlubiyyətdə günahının olub-olmadığını, məğlubiyyətə aparan hansı addımlar atdığını soruşurlar. Bizim məlumatlarımıza görə, “qarabağ müdafiə ordusu”nun keçmiş komandanı Calal Arutyunyanın da əleyhinə kifayət qədər çoxlu ifadələr var”,-qəzet belə yazır.

Ermənistan hüquq-mühafizə orqanları müharibə ilə bağlı 2 mindən çox cinayət işini araşdırır, bunlardan 44-ü artıq məhkəməyə göndərilib. Yeddi yüksək vəzifəli hərbçi müxtəlif hərbi cinayətlərdə ittiham olunur, onların arasından təkcə Baş qərargah rəisinin müavini Andranik Makaryanın adı məlumdur. Makaryan xidmətə səhlənkar yanaşmada ittiham olunur.

virtualaz.org



Xəbəri paylaş

361 dəfə oxunub.

Digər xəbərlər
26-12-2022, 12:46 Sabah dumanlı hava olacaq