Saytımızı qiymətləndirin


 
 

Stoltenberq: “NATO qoşunlarını Ukraynaya yerləşdirməyəcək”
Tarix: 28-01-2022 | Saat: 20:46
Bölmə:Karusel / Siyasət | çapa göndər

Yens Stoltenberq

NATO öz silahlı qüvvələrini Ukraynaya yerləşdirməyəcək. NATO-nun kollektiv təhlükəsizliklə bağlı Vaşinqton sazişinin 5-ci maddəsi üzv ölkələrə şamil edilir.

Qarabaginfo.az-ın xəbərinə görə, bu açıqlama ilə NATO-nun Baş katibi Yens Stoltenberq onlayn konfransda çıxış edib.

“NATO qoşunlarını Ukraynaya yerləşdirməyəcək. 5-ci maddə partnyor ölkəyə münasibətdə tətbiq edilə bilməz. NATO-nun öz ərazisini mühafizə etməsi ilə Ukraynaya hərbçi hazırlığında kömək etməsi və silah göndərməsini dəqiq fərqləndirmək lazımdır, deyə Baş katib əlavə edib.

“Rusiya öz sərhədlərində daha az NATO qüvvəsi görmək istəyir. Halbuki, Ukraynaya hücum olacağı təqdirdə bunun tam əksi baş verəcək”, - deyə Stoltenberq vurğulayıb.

NATO rəhbəri bildirib ki, Alyans Ukrayna ətrafındakı gərginliyin diplomatik yolla həllinin tərəfdarıdır. (apa.az)



Xəbəri paylaş

1245 dəfə oxunub.

Digər xəbərlər