Saytımızı qiymətləndirin


 
 

ABŞ İsrailə “David’s Sling” HHM sistemini Finlandiyaya satmağa icazə verdi- Patruşevin bəyanatından sonra
Tarix: 03-08-2023 | Saat: 11:08
Bölmə:Karusel / Siyasət | çapa göndər

ABŞ Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin bəyanatından sonra İsrailə “David’s Sling” hava hücumundan müdafiə sistemini Finlandiyaya satmağa icazə verib.

Qarabaginfo.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin məlumatına görə, sövdələşmə 316 milyon avro dəyərində qiymətləndirilir.

“Bu, İsrail və Finlandiya arasında tarixi razılaşmanın reallaşması istiqamətində mühüm addımdır. Əminəm ki, bu, ölkələrimiz arasında əməkdaşlıqda yeni mərhələ olacaq və qlobal və regional çağırışlara cavabımızı təkmilləşdirəcək”, – müdafiə naziri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostinə bildirib.

Yaxın vaxtlarda İsrail və Finlandiyanın müdafiə nazirlikləri, eləcə də istehsalçı şirkət “Rafael Advanced Systems” satınalma müqaviləsinin imzalanması mərasimində iştirak edəcək.

İyulun 31-də Patruşev bildirib ki, Vaşinqtondan olan kuratorlar tərəfindən qızışdırılan Finlandiya rəhbərliyi Rusiya ilə birbaşa qarşıdurmaya başlayıb və yaxşı qonşuluq münasibətlərini qəsdən pozur.



Xəbəri paylaş

1103 dəfə oxunub.

Digər xəbərlər