Saytımızı qiymətləndirin


 
 

İstintaqa 5-10 gün əvvəl ifadə vermişəm - Fazil Mustafa
Tarix: 19-04-2023 | Saat: 12:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

İstintaqa 5-10 gün əvvəl ifadə vermişəm - Fazil Mustafa

 

İstintaq orqanlarına 5-10 gün əvvəl ifadə vermişəm.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

 

"İfadə vermək prosedur qaydasıdır, burada problem yoxdur. Zərərçəkmiş şəxs kimi xəstəxanada ifadə vermişəm. Bu, təxminən 5-10 gün əvvəl olub. İstintaqın gedişi ilə bağlı ətraflı məlumatım yoxdur", - deyə ötən ay silahlı hücuma məruz qalan deputat vurğulayıb.

 

Qeyd edək ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəş açılaraq terror aktı törədilib. F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

 

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

 

Hadisədən bir neçə gün sonra keçirilən xüsusi əməliyyat nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.



Xəbəri paylaş

1117 dəfə oxunub.

Digər xəbərlər