Nəşrin bildirdiyinə görə, dindirmə zamanı konkret olaraq 44 günlük müharibədəki məğlubiyyətin günahkarları haqda suallar verirlər.
“Bundan əlavə, dindirilən vəzifəli şəxslərə əsasən “arsax prezidenti” Araik Arutyunyan haqda sual verirlər, onun müharibədəki məğlubiyyətdə günahının olub-olmadığını, məğlubiyyətə aparan hansı addımlar atdığını soruşurlar. Bizim məlumatlarımıza görə, “qarabağ müdafiə ordusu”nun keçmiş komandanı Calal Arutyunyanın da əleyhinə kifayət qədər çoxlu ifadələr var”,-qəzet belə yazır.
Ermənistan hüquq-mühafizə orqanları müharibə ilə bağlı 2 mindən çox cinayət işini araşdırır, bunlardan 44-ü artıq məhkəməyə göndərilib. Yeddi yüksək vəzifəli hərbçi müxtəlif hərbi cinayətlərdə ittiham olunur, onların arasından təkcə Baş qərargah rəisinin müavini Andranik Makaryanın adı məlumdur. Makaryan xidmətə səhlənkar yanaşmada ittiham olunur.
virtualaz.org