Tarix: 02-09-2021 | Saat: 12:36
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Azərbaycanla imzaladığımız bəyanata görə, tərəflərdən biri sülhməramlılarla bağlı müddəanın tətbiqinə xitam vermə niyyətini əvvəlcədən bəyan etmədiyi təqdirdə, sülhməramlı kontingentin 5 illik qalma müddəti avtomatik olaraq uzadılacaq."
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Ria-Novostiyə verdiyi müsahibəsində bildirib. O həmçinin bildirib ki, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi üçün sülhməramlılar çox vacib rol oynayır.
“Bu yaxınlarda təsdiq edilən Ermənistan Hökumətinin 2021-2026-cı illər üçün proqramında açıq şəkildə göstərildiyi kimi ”Artsax" xalqının təhlükəsizliyinin və yaşamaq hüququnun təmin edilməsində rus sülhməramlıları çox əhəmiyyətli rol oynayır" deyə Ararat Mirzoyan bildirib.
Digər xəbərlər