Ana Sayfa > Karusel / Gündəm > Mirzoyan : "Rus sülhməramlılar bizim üçün çox vacibdir" 

Mirzoyan : "Rus sülhməramlılar bizim üçün çox vacibdir" 


2-09-2021, 12:36. Yazar: Admin
Mirzoyan : "Rus sülhməramlılar bizim üçün çox vacibdir" 

"Azərbaycanla imzaladığımız bəyanata görə, tərəflərdən biri sülhməramlılarla bağlı müddəanın tətbiqinə xitam vermə niyyətini əvvəlcədən bəyan etmədiyi təqdirdə, sülhməramlı kontingentin 5 illik qalma müddəti avtomatik olaraq uzadılacaq." 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Ria-Novostiyə verdiyi müsahibəsində bildirib. O həmçinin bildirib ki, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi üçün sülhməramlılar çox vacib rol oynayır. 

“Bu yaxınlarda təsdiq edilən Ermənistan Hökumətinin 2021-2026-cı illər üçün proqramında açıq şəkildə göstərildiyi kimi ”Artsax" xalqının təhlükəsizliyinin və yaşamaq hüququnun təmin edilməsində rus sülhməramlıları çox əhəmiyyətli rol oynayır" deyə Ararat Mirzoyan bildirib.

 


Geri dön