Saytımızı qiymətləndirin


 
 

Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham edilən şəxs bəraət aldı
Tarix: 19-01-2022 | Saat: 14:19
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Gəncə hadisələri"nə görə həbs edilən və təcridxanada ölən Müşfiq Qurbanov ittiham olunduğu 10 maddə üzrə bəraət alıb.

 

Qarabaginfo.az Musavat.com-a istinadən xəbər verir ki, Müşfiq Qurbanov Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə ittiham olunaraq Moskvada həbs olunub.

 

Bakıya gətirildikdən sonra təcridxanada vəfat edən Müşfiq Qurbanov sabiq icra başçısına sui-qəsddə ittiham olunurdu. Gəncə Ağır Cinayətlər Məhkəməsi M.Qurbanovun bu və digər daha 9 cinayət əməli törətmədiyini aşkar edib. Onun Elmar Vəliyevə qarşı sui-qəsd hadisəsinə heç bir aidiyyəti olmadığı, adam öldürməyə cəhd və buna bənzər başqa maddələri törtmədiyi sübut olunub.

 

O, yalnız hazırda həbsdə olan Yunis Səfərovla əlbir olub, terrorçuluğa hazırlıq, silah-sursat əldə etmə kimi əməllərdə təqsirli bilinib. Lakin öldüyünə görə ona bu maddələrlə cəza təyin olunmayıb.

 

Xatırladaq ki, Qurbanovla birlikdə Moskvada saxlanılaraq Bakıya ekstradisiya olunmuş Yusif Sadıxov da var. O da ittiham olunduğu 11 maddə ilə bəraət alıb.



Xəbəri paylaş

260 dəfə oxunub.

Digər xəbərlər