Saytımızı qiymətləndirin


 
 

Çavuşoğlu G20 ölkələri XİN başçılarının iclasında iştirak edəcək
Tarix: 28-06-2021 | Saat: 10:52
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Çavuşoğlu G20 ölkələri XİN başçılarının iclasında iştirak edəcək

 


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İtaliyada keçiriləcək G20 ölkələri XİN başçılarının iclasına qatılacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Mövlud Çavuşoğlu iyunun 29-da İtaliyanın Materna şəhərində keçiriləcək iclasda iştirak edəcək.

İclasda COVID-19 pandemiyası və buna bənzər gələcək çağırışlar kontekstində çoxtərəfli və qlobal idarəetmənin əhəmiyyəti və beynəlxalq əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılacaq.

Eyni zamanda, təhsil, iqlim dəyişikliyi, urbanizasiya və miqrasiya kimi mövzular çərçivəsində Afrikanın davamlı inkişafı üçün birgə səylərin müzakirəsi də nəzərdə tutulur.

Türkiyə XİN başçısı ikitərəfli görüşlər də keçirəcək. (Apa)



Xəbəri paylaş

1289 dəfə oxunub.

Digər xəbərlər