Saytımızı qiymətləndirin


 
 

Bu il içməli sudan əziyyət çəkən kəndlərdə yeni layihələr icra olunacaq
Tarix: 21-04-2018 | Saat: 10:22
Bölmə:Karusel / Sosial | çapa göndər

 

bu il icmeli sudan eziyyet ceken kendlerde yeni layiheler icra olunacaq

“Bu il Ağdaş, Qəbələ, Daşkəsən, Xaçmaz, Xızı, Ağcabədidə su və kanalizasiya şəbəkələrinin, Astara şəhərində su şəbəkəsinin inşasının başa çatdırılması gözlənilir”.

 

"Qarabaginfo" “APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib. Onun sözlərinə görə, Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində, həmçinin Pirşağı qəsəbəsində tullantı sutəmizləyici qurğunun tikintisinin başa çatdırılması da nəzərdə tutulub. Q.Hüseynov bildirib ki,  bu il daha bir şəhərdə - Qazaxda su və kanalizasiya layihələrinin icrasına start veriləcək, 10-dan artıq şəhərdə isə tullantı sutəmizləyici qurğuların tikintisinə başlanılacaq.

 

“2018-ci ildə Bakı şəhəri və Abşeron yarımadasının kənd və qəsəbələrində layihələrin icrası davam etdiriləcək. Paytaxt ərazisində, o cümlədən Babək prospekti, Təbriz və  Mir Cəlal küçələrində avtomobil yollarının yenidən qurulması işləri çərçivəsində uzun müddət istismarda olan və qəzalı vəziyyətə düşən su və kanalizasiya xətlərinin yenilənməsi nəzərdə tutulur. Ötən il olduğu kimi, içməli sudan əziyyət çəkən kəndlərdə yeni layihələr icra olunacaq. Artıq bu istiqamətdə işlərə başlanılıb, kəndlərin müəyyənləşdirilməsi və layihələndirmə işləri davam etdirilir. Abonentlərə göstərilən müştəri xidmələrinin keyfiyyətinin yüksəldilməsi, əhalinin suölçən cihazlarla təmin olunması üzrə işlər davam etdiriləcək. Cari ildə istifadəyə verilməsi nəzərdə tutulan 5 elektron xidmət abonentlərin işini daha da asanlaşdıracaq. Ümidvarıq ki, əhalinin içməli su ilə təmin edilməsi və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması naminə həyata keçirdiyimiz tədbirlər əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına səbəb olacaq”, - deyə Q.Hüseynov vurğulayıb.



Xəbəri paylaş

697 dəfə oxunub.

Digər xəbərlər