Tarix: 30-06-2021 | Saat: 12:30
Bölmə:Karusel / Qarabağ | çapa göndər
“Azərbaycanlı məcburi köçkünlərin hazırda rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəran və s. yaşayış məntəqələrinə, ev-eşiklərinə, yurd yerlərinə qayıdışı prosesinə hazırlıq gedir”.
Qarabaginfo.az verir ki, bunu tanınmış bloger, Milli.az xəbər portalının baş redaktoru Elçin Alıoğlu bildirib.
Jurnalistin sözlərinə görə, Azərbaycanlı məcburi köçkünlərin dogma yerlərinə qayıdışı ilə bağlı BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı ilə zəruri prosedurlar çərçivəsində müzakirələr aparılır.
“Müzakirələr uğurludur. Sadəcə, bunu deyə bilərəm hələlik.
Vaxtilə Bakıda, Gəncədə, Sumqayıtda və s. məkanlarda yaşamış ermənilərin qayıdışı isə müzakirə mövzusu deyil”, - E.Alıoğlu deyib.
Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsini 10 noyabrda qələbə ilə yekunlaşdıraraq, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonlarını, Şuşa şəhərini, Tərtərin Suqovuşan və Talış qəsəbələrini, keçmiş Hadrut rayonunun bütün ərazisini, Xocavənd rayonunun böyük hissəsini Ermənistanın işğalından azad edib.
Vətən müharibəsinin yekununda – 2020-ci il noyabrın 10-da Rusiya və Azərbaycan prezidentiləri, Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanata görə, məzburi köçkünlərin doğulduqları yaşayış məntqələrinə qayıdığı təmin olunmalıdır.
Xatırladaq ki, Dağlıq Qarabağın bir hissəsi hazırda Azərbaycan Ordusunun nəzarətində deyil. Bura Xankəndi şəhəri, Xocalı rayonu, Xocavənd rayonunun bir hissəsi, keçmiş Ağdərə və Əsgəran rayonları, Şuşanın ətraf kəndləri daxildir. Bu ərazilərə Rusiyalı süləhməramlılar nəzarət edirlər. Bununla yanaşı, həmin yerlərdə ermənilərə məxsus qanunsuz silahlı birləşmələr də mövcuddur.
10 noyabr tarixli üçtərəfli Bəyanata görə, erməni qanunsuz silahlı birləşmələri də tədricən Qarabağdan çıxmalıdır...
(Modern.az)
Digər xəbərlər