Saytımızı qiymətləndirin


 
 

İstintaq Serj Sarkisyanın Baden-Badendə kazinoda 100 milyon dollar uduzması barədə iddianı araşdırır
Tarix: 08-10-2021 | Saat: 19:45
Bölmə:Karusel / Region | çapa göndər

Serj Sarkisyan kimdir? - Yeni Akit

Ermənistan Baş Prokurorluğu üçüncü prezident Serj Sarkisyanın Baden-Baden şəhərinə səfəri zamanı baş vermiş cinayət haqqında məlumat alıb.

Qarabaginfo.az “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistan Baş Prokurorluğu məsələni araşdırmaq üçün artıq Xüsusi İstintaq Xidmətinə göndərib.

Qeyd olunur ki, Baş Prokuroruluq bu barədə məlumatların araşdırılması üçün daha əvvəl polisə müraciət etsə də, cavab almayıb.

Ermənistan parlamentinin avqustun 25-dəki iclasında “Vətəndaş müqaviləsi” partiyasından deputat Xaçatur Sukiasyan üçüncü prezident Serj Sarkisyanın prezident olan vaxt Baden-Badendəki kazinolarda 100 milyon dollar uduzduğunu deyib.

Bundan sonra S.Sarkisyan deputatla bağlı məhkəməyə müraciət edib.

Ermənistanın üçüncü prezidenti Baden-Badenə səfərini danmasa da, kazinolara baş çəkmədiyini qeyd edib.



Xəbəri paylaş

1417 dəfə oxunub.

Digər xəbərlər