Rusiya hərbçiləri Azərbaycanda artıq rus dili və ədəbiyyatının tədrisinə də başladı...-FOTOLAR
Tarix: 11-06-2021 | Saat: 10:51
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1452 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-06-2021 | Saat: 10:51
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Rusiya hərbi qulluqçuları ümumilikdə 50 dəfədən çox erməni uşaqları ziyarət ediblər. Ümumilikdə bu tədbirlərdə 4600-dən çox məktəbli və tələbə iştirak edib...”
“Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Dağlıq Qarabağın Əsgəran şəhərindəki orta məktəblərə açıq rus dili dərslərinə dəvət edilib”.

Qarabaginfo.az xəbər verir ki, bu məlumat göründüyü kimi, hələ də “Dağlıq Qarabağ” söz birləşməsini ərazi vahidi kimi təqdim edən Rusiya Müdafiə Nazirliyinin rəsmi saytı tərəfindən yayılıb.
“Dərslər zamanı erməni şagirdlər qonaqlar üçün rus şair və yazıçılarının əsərlərini oxuyublar. Öz növbəsində sülhməramlılar da onlara rus dilinin və ədəbiyyatının yaranma tarixi barədə danışıblar.
Bundan əlavə, rus hərbçilər "sülhməramlı" və "sülh" sözlərinin mənasını izah ediblər. Uşaqlara sülhməramlıların Dağlıq Qarabağ zonasında yerinə yetirdiyi vəzifələr barədə də danışıblar.
“Məktəbimizdə şagirdlər II –XII siniflərdə rus dilini öyrənirlər və əksəriyyəti buraxılış imtahanında rus dilini seçirlər. Rus hərbi personalının gəlişi ilə uşaqlar bu dili öyrənməyə daha çox maraq göstərməyə başlayıblar ”-deyə rus dili və ədəbiyyatı müəllimi Liana Karapetyan bildirib.
Dərsin sonunda hərbi qulluqçular uşaqlara qarşıdakı tətillər ərəfəsində gündəlik fəaliyyətlərində təhlükəsizlik tələbləri, eləcə də ilk tibbi yardımın göstərilməsi üsulları barədə məlumat veriblər.
Dağlıq Qarabağ ərazisindəki sülhməramlı vəzifələrinin icrası zamanı Rusiya hərbi qulluqçuları tarixlə bağlı interaktiv dərslər, vətənpərvərlik aksiyaları və tematik yaradıcılıq görüşləri keçirmək üçün 50 dəfədən çox erməni uşaqları ziyarət ediblər. Ümumilikdə bu tədbirlərdə 4600-dən çox məktəbli və tələbə iştirak edib” –Rusiya MN-in məlumatında belə deyilir. (moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
17-11-2021, 14:19
Erməni KİV: “24 hərbçinin meyiti Azərbaycan tərəfdə qalıb“
24-06-2025, 15:11
Elektron xidmətlərlə bağlı layihələrə rəy verilməsi qaydası müəyyənləşib
14-12-2021, 17:01
Yoluxma azaldı - Daha 19 nəfər öldü
29-05-2025, 15:37
Aprel döyüşlərində yaralanmış hərbçi: Ermənistan ordusu qadağan olunmuş mərmilərdən istifadə edirdi
29-05-2026, 07:56
ABŞ İran aviaşirkətləri ilə əməkdaşlığa görə sanksiya tətbiq edə bilər
26-05-2022, 17:33
Rəşad Nəbiyev: "Türkiyə ilə Azərbaycan arasında elektron imza ilə bağlı ilkin razılaşma əldə olunub"
7-12-2025, 09:57
Biləsuvarda avtomobil kanala aşıb, 5 nəfər ölüb
13-04-2022, 13:46
Paşinyan KTMT-ni tənqid etdi
23-03-2023, 11:42
Qadın boksçumuz dünya çempionatında ilk dəfə medal qazandı







" style="width: 670px; height: 340px;">









