Tarix: 17-11-2021 | Saat: 14:19
Bölmə:Karusel / Region | çapa göndər
“Dünən sərhəddə baş verən gərginlik zamanı 2 döyüş mövqemiz itirilib, 1 hərbçimiz ölüb, 13 hərbçi əsir düşüb, 24 hərbçinin isə taleyi barədə məlumat yoxdur”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Erməni mətbuatı isə bildirir ki, ölü sayı 20-yə yaxındır və taleyi naməlum qalan 24 hərbçinin meyitləri Azərbaycan mövqeləri tərəfdə qalıb.
Həmçinin “Wargonzo” layihəsinin müəllifi Semyon Peqov öz “Telegram” kanalında məlumat paylaşıb ki, dünənki döyüşlərdə Ermənistan tərəfində itkin olduğu bildirilən hərbçilər arasında ölənlər də var və onların cəsədləri döyüş bölgəsində qalıb.
“Hazırda həmin bölgələr Azərbaycan nəzarətində olduğu üçün cəsədləri çıxarmaq mümkün deyil”.
Xatırladaq ki, Semyon Peqov, artıq döyüşlərin getdiyi İşəxənasar (İşxanadzor) ərazisindədir.(Yenisabah)
Digər xəbərlər