Saytımızı qiymətləndirin


 
 

İcra nümayəndəsinin Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan müavini dəfn edilib - FOTO
Tarix: 05-06-2021 | Saat: 13:36
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

#

Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevlə vida mərasimi keçrilib.

Qarabaginfo.az xəbər verir ki, Göygöl rayonu Xasabağı kəndində keçrilən vida mərasimində Kəlbəcər, Göygöl rayon İcra hakimiyyətlərinin nümayəndələri, şəhidin ailə üzvləri, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak edib.

Arif Əliyev Göygöl rayon Şəhidlər xiyabanında dəfn edilib.

Xatırladaq ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb. (Apa)

undefinedundefinedundefinedundefined



Xəbəri paylaş

1371 dəfə oxunub.

Digər xəbərlər