Saytımızı qiymətləndirin


 
 

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüşəcək
Tarix: 20-12-2021 | Saat: 14:47
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüşəcək

 

“Ermənistan ilə birbaşa təmaslara başlamaq üçün xüsusi nümayəndələr təyin etmişik”.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu malayziyalı həmkarı Seyfeddin Abdullah ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

M. Çavuşoğlu qeyd edib ki, Türkiyə və Ermənistanın təyin etdiyi xüsusi nümayəndələr arasında tezliklə görüş keçiriləcək.

“Bütün bu addımları atarkən can Azərbaycanla məsləhətləşib addımlarımızı, qərarlarımızı birlikdə qəbul edirik”, - deyə Çavuşoğlu söyləyib.

Qeyd edək ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə başlamaq üçün hər iki tərəf xüsusi nümayəndə təyin edib. Sözügedən şəxslər Türkiyə tərəfindən ölkənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç, Ermənistan tərəfindən isə parlamentin vitse-spikeri Ruben Rubinyandır.



Xəbəri paylaş

320 dəfə oxunub.

Digər xəbərlər