Saytımızı qiymətləndirin


 
 

Xorvatiya bütün Mi-8-lərini Ukraynaya verdi
Tarix: 20-10-2023 | Saat: 13:25
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Xorvatiya bütün Mi-8-lərini Ukraynaya verdi

Xorvatiya bütün Mi-8 helikopterlərini Ukraynaya göndərib.

 

Qarabaqinfo.az  "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu, ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə xorvatiyalı həmkarı Mario Banoziç arasında keçirilən görüşdən sonra məlum olub.

 

Pentaqonda danışıqlar zamanı Ostin Ukraynaya verdiyi dəstəyə görə Xorvatiyaya təşəkkür edib və bu töhfənin əhəmiyyətini qeyd edib.

 

“Biz Xorvatiyanın Ukraynaya kömək etməkdə göstərdiyi sabit öhdəliyi yüksək qiymətləndiririk və bunu bütün Mi-8 helikopterləriniz də daxil olmaqla, çoxsaylı hərbi texnika ianənizdə görürük”, - Ostin söyləyib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.



Xəbəri paylaş

171 dəfə oxunub.

Digər xəbərlər