Saytımızı qiymətləndirin


 
 

Dövlət büdcəsinin gəlirləri 1 milyard manatdan çox artıb
Tarix: 07-06-2024 | Saat: 12:02
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

2024-cü ilin yanvar-aprel aylarında ölkədə 38,2 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 24,2 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 4,3 faiz, qeyri-neft sektoru üzrə isə 7,7 faiz artıb.

Bu sözləri maliyyə naziri Samir Şərifov parlamentin iyunun 7-də keçirilən plenar iclasında deyib.

Bildirilib ki, 2024-cü ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 12 milyard 144 milyon manat proqnoza qarşı 13 milyard 259 milyon manat olub. Bu da nəzərdə tutulduğundan 1 milyard 115 milyon manat, 9,2 faiz çoxdur. Proqnozla müqayisədə artımın 67,9 faizini, yaxud 750 milyon manatını qeyri-neft-qaz sektoru, 32,1 faizini və ya 358 milyon manatını isə neft-qaz sektoru üzrə əlavə gəlirlər təşkil edib. Beləliklə, cari ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirlərinin 6 milyard 867 milyon manatı qeyri-neft sektorunun payına düşüb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 434 milyon manat və ya 6,8 faiz çoxdur. Ötən dövr ərzində dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 51,8 faiz təşkil etməklə proqnozu 1,5 üstələyib.



Xəbəri paylaş

177 dəfə oxunub.

Digər xəbərlər