Saytımızı qiymətləndirin


 
 

MTRŞ-dan minaya düşərək həlak olan jurnalistlərlə bağlı BƏYANAT
Tarix: 04-06-2021 | Saat: 14:17
Bölmə:Karusel / Gündəm | çapa göndər

Milli Televiziya və Radio Şurası jurnalistlərin minaya düşməsi ilə bağlı bəyanat yayıb.

 

Qarabaginfo.az-ın məlumatına görə, bəyanatda deyilir:

 

"İşğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən "AZTV" kanalının operatoru Sirac Abışov və "AzərTAC" İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov minaya düşərək həlak olmuş, bir neçə şəxs yaralanmışdır. Milli Televiziya və Radio Şurası həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara isə Allahdan şəfa diləyir.

 

Azad olunmuş ərazilərdə Ermənistan tərəfindən işğal dövründə yüz mindən artıq mina yerləşdirilmişdir. İndiyə qədər onlarla mülki şəxs minaya düşərək həlak olmuş və ya yaralanmışdır. Daha çox itkilərin baş verməsinin qarşısının alınması məqsədilə Ermənistan minalanmış ərazilərin xəritələrini təqdim etmir.

 

Dünya ictimaiyyətini, beynəlxalq təşkilatları Azərbaycanın minalanmış ərazilərinin xəritələrini təqdim etməsi üçün Ermənistana çağırışlar etməyə dəvət edirik".



Xəbəri paylaş

1338 dəfə oxunub.

Digər xəbərlər