Saytımızı qiymətləndirin


 
 

Rusiya MN-dən sülhməramlılarla bağlı yeni AÇIQLAMA
Tarix: 03-06-2021 | Saat: 07:43
Bölmə:Karusel / Region | çapa göndər

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin iyunun 2-nə olan fəaliyyəti ilə bağlı məlumatında deyilir.

 

Bildirilib ki, iyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. Atəşkəs bütün təmas xəttində müşahidə olunur.

 

Açıqlamada deyilir ki, Rusiya sülhməramlı kontingentinin nümayəndələri Azərbaycan Silahlı Qüvvələrinin altı karvanını müşayiət ediblər:

 

"Dördü şimal və cənub istiqamətində Laçın dəhlizindən; bir karvan Şuşa - Qırmızı Bazar - Qacar marşrutu boyunca və biri əks istiqamətdə".

 

Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq, səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

 

Rusiya MN-in daha bir məlumatında isə bildirilib ki, Rusiya Sülhməramlı Kontingentinin Humanitar Reaksiya Mərkəzinin Vətəndaşları Qəbul Mərkəzində humanitar və psixoloji yardım göstərmək üçün qaynar xətt fəaliyyət göstərir:

 

"Eyni zamanda itkin düşmüş hərbi qulluqçuların axtarışı, işə kömək və digər problemli məsələlər üçün məlumat toplayır.

Hər gün təxminən 15 nəfər “qaynar xətt” ə zəng edərək yardım mərkəzinə müraciət edir.

Ən kəskin problemlər itkin düşmüş şəxslərin axtarışı, atəş zamanı dağılmış evlərin bərpası, əmlakın qaytarılması, həmçinin ailə üzvlərini itirmiş qaçqın və qohumlara psixoloji yardım olaraq qalır.

Humanitar Reaksiya Mərkəzinin əməkdaşları xeyriyyə fondları adından mütəmadi olaraq ünvanlı humanitar yardım aparırlar". (Modern.az)

 



Xəbəri paylaş

1284 dəfə oxunub.

Digər xəbərlər