Saytımızı qiymətləndirin


 
 

Təhsil müəssisələrində pulsuz tibbi xidmətin göstərilməsi qaydası dəyişir
Tarix: 08-04-2021 | Saat: 14:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

Təhsil müəssisələrində pulsuz tibbi xidmətin göstərilməsi qaydası dəyişir

Təhsil müəssisələrində iaşə və tibb xidmətinin göstərilməsi qaydası dəyişir.Qarabaqinfo.az-nın məlumatına görə, bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, təhsil müəssisəsində təhsilalanlara müvafiq icra hakimiyyəti müəyyən etdiyi orqanın (qurumun) - TƏBİB-in müəyyən etdiyi qaydada pulsuz tibbi xidmət həmin təhsil müəssisələri tərəfindən göstəriləcək.

Qüvvədə olan qanuna əsasən, təhsil müəssisəsində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pulsuz tibbi xidmət göstərilirdi.

Eyni zamanda, təhsil sahəsində dövlətin vəzifələrinə də dəyişiklik təklif edilir.

Belə ki, dövlət təhsil müəssisəsində pulsuz tibbi xidmətin təşkili qaydasını müəyyənləşdirmək təhsil sahəsində dövlətin vəzifəsi hesab olunacaq.

Qüvvədə olan qanuna əsasən, dövlət təhsil müəssisələrində pulsuz tibbi xidməti təmin etmək təhsil sahəsində dövlətin vəzifəsi idi.



Xəbəri paylaş

1340 dəfə oxunub.

Digər xəbərlər