Saytımızı qiymətləndirin


 
 

Rusiya XİN: Ukrayna nizamlanması üzrə impuls tükənib
Tarix: 08-10-2025 | Saat: 14:39
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya XİN Bakı və İrəvana görə hədəf göstərdi – “Fürsətçilikdir” - Globalinfo.az

Alyaska görüşündən sonra Ukrayna nizamlanması ilə bağlı yaranan impuls artıq tükənib.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O, Vaşinqtonun “Tomahawk” qanadlı raketlərini Ukraynaya verməsi ehtimalından da danışıb.

Nazir müavini qeyd edib ki, Rusiya ABŞ-ı “Tomahawk” raketlərinin Ukraynaya tədarükü məsələsində ayıq və sağlam yanaşmağa çağırır: “Tomahawk” raketləri və onların buraxılış qurğularından istifadəsi yalnız Amerika personalının birbaşa iştirakı ilə mümkündür. Bu raketlərin Ukraynada peyda olması situasiyanın əhəmiyyətli dəyişikliyinə gətirib çıxaracaq, lakin Rusiyanın öz məqsədlərinə çatmasına təsir etməyəcək”.

Ryabkov Rusiyanın ABŞ-dan strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması haqqında - START müqaviləsi təşəbbüsünə rəsmi cavab almadığını da vurğulayıb. Onun sözlərinə görə, bu təklif ABŞ-ı maraqlandırmırsa, Moskva Vaşinqtonun cavabı olmadan hərəkət edəcək. Diplomat burada START müqaviləsinin uzadılmasından söhbət getmədiyini bildirib.



Xəbəri paylaş

27 dəfə oxunub.

Digər xəbərlər