Saytımızı qiymətləndirin


 
 

2024-cü ilin büdcəsində 6 milyard manat profisit yaranıb
Tarix: 16-07-2024 | Saat: 17:51
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

2024-cü ilin birinci yarımilində icmal büdcənin gəlirləri 24 milyard 352,5 milyon manat icra olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 434,3 milyon manat və ya 9,1% azdır.

Maliyyə Nazirliyinin məlumatına görə, icmal büdcənin xərcləri isə 18 milyard 198,9 milyon manat icra olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2487,5 milyon manat və ya 15,8% çoxdur.

Qeyd edilib ki, icmal büdcədə 6153,6 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.

 

Büdcə artıqlığı (profisit) – büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan məbləğidir.



Xəbəri paylaş

44 dəfə oxunub.

Digər xəbərlər