Tarix: 19-02-2021 | Saat: 20:22
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Dövlət başçıları Qarabağ məsələsini, Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini, həmçinin Liviya və Suriyadakı vəziyyət haqqında danışıb.
Ardınca, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu danışıqlar zamanı gündəmə gələn məsələni müzakirə ediblər. Paralel olaraq, Lavrov həm Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov, həm də Ermənistan XİN başçısı Ara Ayvazyanla danışıqlar aparıb.
Qarabağ danışıqlarının intensivləşməsi masada hansı sənədlərin olması ilə bağlı sual doğurub.
Qarabaginfo.az xəbər verir bunu modern.az Qabil Hüseynli intensivləşən Qarabağ danışıqlarını şərh edib.
Onun sözlərinə görə, hazırda Moskva, Ankara və Bakı arasında danışıqlar əsasən iqtisadi xarakter daşıyır. Bundan başqa, bütün məcburi köçkünlərin Qarabağa qayıtması gündəmdə saxlanılır.
“Ciddi yeniliklər yoxdur. Sadəcə söhbət Dağlıq Qarabağın tarixə qovuşmuş qondarma status ilə bağlı müzakirələrdən ibarətdir. Baş tutan müzakirələrdə Azərbaycan iştirak etmir, çünki bu status qəbul etmir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. İkinci Vətən müharibəsi də sübut etdi ki, Qarabağ bölgəsi Azərbaycanındır. İndi isə gündəmdə duran əsas məsələ əhalinin işğaldan azad olunmuş bölgələrə, eyni zamanda qondarma Dağlıq Qarabağın rejiminin nəzarəti altında olan torpaqlara qayıdışın təşkil edilməsidir”.
Politoloqun fikrincə, son intensiv danışıqlar zamanı Laçın dəhlizinə nəzarətin sülhməramlılardan alınaraq Azərbaycan Ordusuna yaxud Sərhəd Xidmətinin nəzarətinə verilməsi də müzakirə mövzusudur.
“Gündəmdə olan digər məsələ isə rus sülhməramlıları ilə bağlı məsələlərin biraz da dəqiqləşdirilməsidir. Belə ki, Laçın dəhlizinə nəzarətin Azərbaycan Ordusuna və ya Azərbaycanın Sərhəd Qüvvələrinə verilməsi üzərində Rusiya ilə danışıqlar aparılır. Əgər bu baş tutmasa, Laçında Azərbaycanın həm sərhəd xidmətinin, həm də gömrük xidmətinin keçid buraxılış məntəqəsinin yaradılması nəzərdən keçirilir”.
Politoluqun fikrincə, Ermənistanla kommunikasiyaların açılması danışıqların daha bir mövzusudur.
“Mövlud Çavuşoğlunun hər səfərinin məğzində həmçinin kommunikasiya xətlərinin açılması dayanır. Kommunikasiya xətləri dedikdə Ermənistanın dərin blokadadan çıxarılması deməkdir. Bu da Ermənistanın özündən asılıdır. Düşünürəm ki, baş tutan danışıqlar müsbət nəticələnəcək”.(Modern.az)
Digər xəbərlər